SƏNAYE

Azərbaycanda hansı Aqroparklar nə işləri görür? AÇIQLAMA
23 OKTYABR
498

Azərbaycanda hansı Aqroparklar nə işləri görür? AÇIQLAMA

2018-10-23 17:33:00

Azərbaycanda hansı aqroparklar var və onlar nə işlə məşğul olurlar sualına Fins.az-a Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov cavab verib.

Onun sözlərinə görə, ölkədə 5 Aqropark fəaliyyət göstərir:

“Şəmkir Aqropark” MMC – müxtəlif meyvə tərəfəz istehsalı, labaratoriya, qablaşdırma, məhsulların tədarükü, logistika xidmətləri vardır.

“Yalama Aqropark” MMC –Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq, təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

“Region Aqropark” Aqropark tərəfindən Bozdağ massivi adlanan ərazidə yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün yarğanlar doldurulub, yüksək keyfiyyətli hamarlama işləri aparılıb, torpağın biohumus qatının bərpası məqsədilə, böyük həcmdə kompos verilib. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda  gücü 10 ton olan qurutma sitemi inşa olunub.

“Günəşli-Aqro” MMC Aqroparkın torpaqlarında arpa, şəkər çuğunduru, buğda, pambıq, qarğıdalı, yonca əkilir.

“Buta Qrup” MMC Aqropark yeni yaradılıb. Burada əsasən ixrac yönümlü məhsul istehsal olunur. Aqroparkın əsas məhsulu pomidor və kartofdur.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250