SƏNAYE

“Şahdəniz" yatağından indiyədək 96,5 mlrd.kubmetr təbii qaz hasil edilib
19 OKTYABR
177

“Şahdəniz" yatağından indiyədək 96,5 mlrd.kubmetr təbii qaz hasil edilib

2018-10-19 16:13:00

İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz" qaz-kondensat yatağından 96,5 mlrd. kubmetr təbii qaz hasil edilib.

Fins.az xəbər verir ki, bunu “BP Azerbaijan” şikətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən III İAEE "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri" konfransında bildirib. Bu barədə Report yazıb. 

Onun sözlərinə görə, BP və tərəfdaşları bu vaxtadək Azərbaycandakı layihələrə 70 mlrd. dollardan çox sərmayə qoyub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250