SƏNAYE

Nazir müavini: "STAR hər iki ölkənin iqtisadiyyatına mənfəət qazandıracaq"
19 OKTYABR
192

Nazir müavini: "STAR hər iki ölkənin iqtisadiyyatına mənfəət qazandıracaq"

2018-10-19 11:30:00

Bu gün açılışı baş tutacaq illik emal gücü 10 mln. ton olan STAR neft emalı zavodunun istismara verilməsi hər iki ölkənin iqtisadiyyatına mənfəət qazandıracaq.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev III İAEE "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri" konfransında bildirib.

S. Vəliyev deyib ki, bu gün emal sahəsində də böyük işlər görülür: “ Bu layihə Azərbaycan və Türkiyə enerji əməkdaşlığının daha bir uğurlu nümunəsidir. STAR digər ölkələrlə əməkdaşlığı genişləndirən iqtisadi dayanıqlığı təmin edən layihədir”.

O qeyd edib ki, dünya enerji balansında aşağı karbonlu enerji növü kimi təbii qazın növqeyi güclənir qaza olan tələbat artır. "Mənbə və marşrutlarla yanaşı, boru kəmərləri ilə LNG kimi qaz nəqli üsulları artır. Diversifikasiya qaz icracatçıları üçün də enerji siyasətinin önəmli bir hissəsidir".

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan üçün Cənub Qaza Dəhlizi ilk növbədə qaz resurslarını daha geniş bazarlara çıxarmaq və ixrac marşrutlarını diversifikasiya etmək məqsədi daşıyır.

Nazir müavini deyib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi nəticəsində keyfiyyətli neft məhsulları istehsal ediləcək və ölkə iqtisadiyyatına fayda veriləcək. O həmçinin bildiirb ki, SOCAR-ın Qaz emalı və qaz- kimya kompleksinin (SOCAR-GPC) tikintisi gələcəkdə hədəflərə çatmağa nail olunacaq. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255