SƏNAYE

Bu gün Ərdoğan və Əliyev nəhəng zavodu rəsmən işə salacaqlar
19 OKTYABR
189

Bu gün Ərdoğan və Əliyev nəhəng zavodu rəsmən işə salacaqlar

2018-10-19 10:23:00

Türkiyədə real sektorun bir nöqtəyə yatrırdığı ən böyük investisiya layihəsi olan STAR neftayırma zavodu bu gün rəsmən işə düşür. Layihə Azərbaycanın SOCAR şirkətinə məxsusdur.  

Fins.az xəbər verir ki, Türkiyənin neft məhsulları ehtiyacının 25%-ini təkbaşına qarşılayacaq STAR neftayırma zavodu, illik 10 milyon ton xam neft emalı gücünə malikdir.STAR zavodunda ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyədə cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsullarının da istehsalı həyata keçiriləcəkdir. STAR neftayırma zavodu, Türkiyənin ən böyük enerji layihələrindən biri kimi neft məhsulları idxalında hər il 1,5 milyard dollar qənaət təmin edəcək. 

Zavod, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə bu gün keçiriləcək mərasimlə istehsal fəaliyyətinə başlayır.

6,3 MİLYARD DOLLARLIQ SƏRMAYƏ

"Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Onu da qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star” Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.

Eləcə də bax:24 investisiya layihəsinə 17 milyon 896 min manat güzəştli kredit verilib

SOCAR-ın ötən ay "Rosneft”lə imzaladığı razılaşmaya görə isə, bu ilin dekabr ayından etibarən bir il ərzində "Star” zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.

marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251