SƏNAYE

İlin doqquz ayında Yevlaxda 50,5 milyon manatlıq tikinti işləri aparılıb
18 OKTYABR
98

İlin doqquz ayında Yevlaxda 50,5 milyon manatlıq tikinti işləri aparılıb

2018-10-18 15:46:00

2018-ci ilin doqquz ayında Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 508,4 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,5 milyon manat və yaxud 4 faiz çoxdur. Məhsul buraxılışının 8 milyon manatını sənaye, 67,6 milyon manatını kənd təsərrüfatı, 50,5 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 60 milyon 44 min manat olub. Adambaşına 3978,3 manat ümumi məhsul istehsal edilib ki, bu da 2017-ci ilin doqquz ayına nisbətən 132 manat və yaxud 3,4 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.

Şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, hesabat dövründə tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Bu dövrdə Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Mingəçevir şəhəri-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonundan keçən Aran qəsəbəsi-Yevlax-Bərdə yolunadək olan hissəsi və Bakı-Ələt-Qazax avtomobil yolu üzərindəki körpü istifadəyə verilib. 2 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Rayonun 12 kəndində meliorasiya işləri davam etdirilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 80 yerlik körpələr evi-uşaq bağçasının, doqquzmərtəbəli 45 mənzilli yaşayış binasının, data internet mərkəzinin tikintisi aparılır. İl ərzində Yevlax şəhərində 11 yaşayış binasının dam örtüyünün əsaslı təmir olunması nəzərdə tutulub. Artıq 8 binanın dam örtüyü əsaslı təmir edilib. 3 ədəd beşmərtəbəli yaşayış binasının fasadları təmir olunur.

Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən bildirilib ki, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə 277 kilometr suvarma kanalı lildən təmizlənib. 3 nasos stansiyasında təmir və bərpa işləri aparılıb, 6000 metr beton kanallar, həmçinin nasos stansiyalarına xidmət edən 3000 metr təzyiqli boru kəmərləri və 5000 metr nov kanal təmir edilib. Hesabat dövründə keçən illə müqayisədə 5420 kiloqram çox olmaqla, 11 ton barama istehsal olunub. Hazırda 2500 hektarda becərilmiş pambığın yığımı davam edir.

Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250