SƏNAYE

Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb - RƏY
18 OKTYABR
73

Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb - RƏY

2018-10-18 10:34:00

Məlum olduğu kimi, Dünya İqtisadi Forumu (DİF) ölkələrin gələcəkdə rəqabətə hazırlığını müəyyən edən yeni üsullarla hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını dərc edib. 

Fins.az xəbər verir ki, DİF-ə görə, dünyada qloballaşma prosesi zəifləyir, bu şəraitdə iqtisadiyyatın inkişafı rəqəmsal transformasiyanın sürəti və onun dördüncü sənaye inqilabına hazırlığı ilə müəyyən olunur.

Hazırkı dövrdə dünyanın əksər iqtisadiyyatları üçün əsas problem innovasiyalara uyğunlaşmaq və onları tətbiq etmək potensialına sahib olmaqdır. 

DİF ekspertlərinin fikrincə, bu kateqoriya üzrə dünyada orta göstərici 36 baldır ki, Azərbaycan da bu kateqoriya üzrə 36 bal toplayıb. Dünyanın əksər ölkələri üçün vətəndaş institutlarının zəif inkişaf etməsi əsas problem olaraq qalmaqdadır. 

Hesabatda bu kateqoriya üzrə orta bal 53 müəyyən edilib ki,  Azərbaycan da bu kateqoriya üzrə 55.8 bal toplayaraq, dünya orta göstəricisini ötüb. 

Ümumiyyətlə, hesabatda Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb. Eyni zamanda, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşıb.

Hesabatla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlubildirib ki, yeni metodologiya əsasında müəyyənləşdirilən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258