SƏNAYE

Neft Fondu: İnvestisiya portfelində Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub
17 OKTYABR
80

Neft Fondu: İnvestisiya portfelində Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub

2018-10-17 12:06:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Koreya vonunun payının dəyişməsinin səbəbi borc maliyyə aləti cəlb edilməklə yatırımdakı səhm payının azaldılması olub.

Bu barədə Azərtac-ın sorğusuna cavab olaraq Neft Fondundan məlumat verilib.

“2014-cü ildə Dövlət Neft Fondu tərəfindən daşınmaz əmlak üzrə Seul şəhərində yerləşən “Payn Avenyu A qülləsi” ofis kompleksinə Koreya Respublikası vonu valyutasında birbaşa investisiya həyata keçirilib. Bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qeyd edilən daşınmaz əmlakın dəyəri mütləq ifadədə 499 milyard 350 milyon Koreya vonu və ya 447,9 milyon ABŞ dolları olub, investisiya portfelinin isə 1,2 faizini təşkil edib. Sentyabrın 30-u tarixinə olan məlumatda Neft Fondunun investisiya portfelindəki Koreya vonunun payının azalmasının əsas səbəbi daşınmaz əmlak portfelinin optimallaşdırılması istiqamətində yuxarıda qeyd edilən aktivin sahibliyi saxlanılmaqla və bölüşdürülməməklə, borc maliyyə aləti cəlb edilməklə yatırımdakı səhm payının azaldılması olub. Qeyd etmək istərdik ki, sentyabrın 30-na adıçəkilən aktivin müvafiq lokal valyuta dəyəri dəyişməyib, lakin ARDNF–in səhm payının dəyəri 199 milyard 350 milyon Koreya vonu və ya 178,6 milyon dollar olub, investisiya portfelinin isə 0,5 faizini təşkil edib”, - deyə Neft Fondundan bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254