SƏNAYE

Hava şəraiti bu məhsula da təsir etdi
15 OKTYABR
157

Hava şəraiti bu məhsula da təsir etdi

2018-10-15 17:19:00

Bir neçə gündür Astara rayonunun sitrus meyvə bağlarında feyxoa yığımına başlanılıb. Bu il yay mövsümündə havaların quraq keçməsi sitrus meyvə bağlarında məhsul istehsalına da təsir edib.

Fins.az xəbər verir ki, rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, məhsuldarlıq aşağıdır. Səbəb isə yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq havanın hökm sürməsi olub. Bir kiloqramı 0,50-1 manata satılan feyxoanın qiyməti bu il 1,50-2 manata yüksəlib. Lakin, qiymətlərin qarşıdakı günlərdə düşəcəyi gözlənilir. Çünki bu il hələlik Rusiya bazarlarına feyxoa məhsulunun ixracı müşahidə olunmur. Bu səbəbdən də təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satmaq məcburiyyətindədirlər. Feyxoa bağlarında məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258