SƏNAYE

“Abşeron” qaz-kondensat yatağının dəniz infrastrukturuna dair yeni müqavilə imzalanıb
15 OKTYABR
119

“Abşeron” qaz-kondensat yatağının dəniz infrastrukturuna dair yeni müqavilə imzalanıb

2018-10-15 15:02:00

İtaliyanın “Saipem” şirkətinin törəməsi “Saipem Contracting Netherlands BV” Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının işlənməsi çərçivəsində “Boshelf LLC” və “STAR GULF FZCO” şirkətlərindən ibarət konsorsiumla müqavilə imzalayıb.

Fins.az xəbər verir ki, bu barədə “Saipem” məlumat yayıb. Bildirilir ki, müqavilə dəniz infrastrukturunun mühəndis, satınalma və quraşdırma, eləcə də 12 düymlük boru xəttinin sınaq və istismar işlərini əhatə edir.

Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə Müəssisəsi (Join Operating Company Absheron Petroleum - JOCAP) həyata keçirir. Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda “Abşeron” yatağında qiymətləndirmə və hasilat quyusunu qazır. “Total” şirkəti ilə birgə aparılan qazma işləri gələn il başa çatacaq. Yataqdan ilk hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur.

“Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının - 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat olduğunu təsdiqləyib. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulur. Yataqdan gündəlik 150 milyon kubmetrə yaxın, ildə isə təqribən 1,5 milyard kubmetr qaz yerli bazara çıxarıla biləcək.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50 faiz) və “Total” (50 faiz) şirkətləridir.

 AZƏRTAC

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258