SƏNAYE

İmişlinin heyvandarlıq təsərrüfatları
12 OKTYABR
192

İmişlinin heyvandarlıq təsərrüfatları

2018-10-12 10:29:00

İmişlidə kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yeniləşir.

Fins.az xəbər verir ki,Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 93 min 694 baş iri buynuzlu mal-qara və 251 min 24 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 776 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.

Cari ilin doqquz ayı ərzində rayonda 8 min 226 ton ət (diri çəkidə), 37 min 173 ton süd, 392 ton yun və 34 min 818 ədəd yumurta istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.

 Eləcə də bax:Nar bağlarında məhsul yığımı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256