SƏNAYE

Oğuzun fındıq bağlarından 1000 tonadək məhsul tədarükü
11 OKTYABR
127

Oğuzun fındıq bağlarından 1000 tonadək məhsul tədarükü

2018-10-11 10:28:00

Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Oğuz rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Oğuz rayonunda da davamlı iş aparılır. Görülmüş tədbirlər öz müsbət nəticəsini göstərməkdədir. Belə ki, bu il rayonun fındıq bağlarından 1000 tonadək məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 100 tona yaxın artıb.

Fins.az xəbər verir ki, Rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 995 hektar, cari ilin yaz aylarında isə 386 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3252 hektardır. Bu bağların 1805 hektarı barverəndir. Yeni bağların salınması istiqamətində işlər payız aylarında da davam etdiriləcək. İlin sonunadək daha 250 hektar sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır. Fındıq tinglərinin əkiləcəyi ərazilər artıq müəyyənləşdirilib və əkinə hazırlıq işləri görülüb.

Eləcə də bax:Gündəlik neft hasilatımız nə qədərdir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251