SƏNAYE

Kənd üçün 4 prioritet, 10 STRATEGİYA
10 OKTYABR
275

Kənd üçün 4 prioritet, 10 STRATEGİYA

2018-10-10 16:20:00

“İlk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”.

Fins.az xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına həsr olunan iclasında dövlət başçısı İlham Əliyev aqrar siyasətin 4 prioritetini göstərdi.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndəsi Nicat Nəsirli bildirir ki, bu prioritetlərin strateji addımları isə bunlardır:

1. Mövcud torpaq fondundan səmərəli istifadə;

2. Əkin sahələrini genişləndirməklə yox, vahid sahəyə düşən məhsuldarlığı yüksəltmək hesabına kəndçinin gəlirlərini artırmaq; 3. Sahələr üzrə innovasiyalarla yanaşı, əməktutumlu əkinçiliyin də genişləndirilməsi; (pambıqçılıqda 190 min, baramaçılıqda 22 min insan işləyir)

4. Pambıqçılıq məhsuldarlıq hesabına inkişaf etdirilməli, hektar hesabına yox;

5. Üzümçülüyün inkişafı ixracyönümlü olmalı və xarici ölkələrdə açılan şərab evlərinin təchizatını təmin etməli;

6. Zeytunçuluğun inkişafı ilə bağlı idxal aradan qaldırılmalı, xarici bazarlarda mövqe gücləndirilməli; (ildə 1711 ton zeytun yağı, 893 ton meyvəsini idxal edirik)

7. Sitat:” Elə ölkələr var ki, orada tütün bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir”. Tütün əkinlərini artıraraq siqaret idxalını məhdudlaşdırmalı;

8. Tərəvəz ixracında ixtisaslaşma: çoxsaylı məhsulları ixrac etməkdənsə konkret bir neçə məhsulun xarici bazarda mövqe qazanmasına köklənməli;

9. Meyvə ixracı siyasətini xurma, nar, fındıq üzərində formalaşdırmalı; 10. Özünüməşğulluq layihələri genişləndirilməli.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251