SƏNAYE

Füzuli rayonunda bu günədək 950 ton pambıq tədarük edilib
10 OKTYABR
114

Füzuli rayonunda bu günədək 950 ton pambıq tədarük edilib

2018-10-10 10:17:00

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda pambıq yığımı davam edir və indiyədək tarlalardan 950 ton məhsul toplanıb.

Füzuli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu il Füzuli rayonunda 2100 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 1330 hektarı “P-Aqro” MMC, 630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 140 hektarı isə fərdi qaydada becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarda bol məhsul yetişib.

“Ağ qızıl”ın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də əl əməyindən istifadə edilməklə yığılır. Pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərində və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verirlər. İlkin hesablamalara görə, bu il Füzulidə dörd min tondan çox “ağ qızıl”ın istehsal ediləcəyi gözlənilir.

Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256