SƏNAYE

Bərdədə dənli bitkilərin səpininə başlanılıb
09 OKTYABR
113

Bərdədə dənli bitkilərin səpininə başlanılıb

2018-10-09 10:27:00

Bərdə rayonunun təsərrüfatlarında payız-tarla işlərinin qızğın çağıdır. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri məhsul yığımını, həmçinin dənli bitkilərin səpinini davam etdirirlər.

Fins.az xəbər verir ki,Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, indiyədək 46 min 941,3 ton buğda, 9171 ton arpa, 841 ton qarğıdalı, 493,7 ton günəbaxan, 6156 ton kələm, 2533 ton bibər, 4306,5 ton xiyar, 4495 ton badımcan, 3986 ton pomidor, 3700 ton yerkökü, 612 ton süfrə çuğunduru, 926,5 ton sarımsaq, 18 min 247,5 ton soğan, 2304 ton kartof, 25 min 836 ton bostan məhsulları, 7410 ton yem bitkiləri, 7400 ton şəkər çuğunduru istehsal olunub. Hazırda rayonda tərəvəz, şəkər çuğunduru və pambıq yığımı davam edir.

Bərdə rayonunda dənli bitkilərin səpininə də başlanılıb. Artıq 16 hektarda buğda, 85 hektarda arpa, 623 hektarda yaşıl yem üçün arpa səpilib.

 Eləcə də bax:Meyvə və sitrus bağlarında xəstəlikdən necə qorunulur?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258