SƏNAYE

Bakıya nəhəng avadanlıq gətirilib
08 OKTYABR
2135

Bakıya nəhəng avadanlıq gətirilib

2018-10-08 17:00:00

 Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidənqurma və modernizasiya layihəsi çərçivəsində Bakıya nəhəng avadanlıq gətirilib.

Fins.az SOCAR-ın “Neftqaztikinti” Trestinə istinadən xəbər verir ki, Trestə məxsus limanda Neft Emalı Zavodu üçün "Linda" gəmisi vasitəsilə Bakıya gətirilmiş uzunluğu 40 metrə yaxın avadanlığın qəbulu və daşıyıcı texnikanın üzərinə qoyulması xidməti həyata keçirilib.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildən başlanılıb.

Eləcə də bax:Paytaxtın toxuculuq sənayesi 81,9 faiz artıb

NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub:

I mərhələ üzrə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ildə “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

Yeni bitum qurğusunun bu il istifadəyə verilməsi nəzərdə tutulub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257