SƏNAYE

"Azəri-Çıraq-Günəşli" layihəsindən gələn gəlir açıqlandl
03 OKTYABR
128

"Azəri-Çıraq-Günəşli" layihəsindən gələn gəlir açıqlandl

2018-10-03 12:51:00

 Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından ümumilikdə 7,401 mlrd. dollar daxil olub.

Fins.az bu barədə ARDNF-a istinadən xəbər verir.

Bu məbləğin 115 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il oktyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,887 mlrd.dollar gəlir əldə olunub.

Fond 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.

 Eləcə də bax:“Bu ilin sonuna Azərbaycanda neft hasilatı cüzi artacaq” - Nazir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259