SƏNAYE

Yeni zavod istismara veriləcək
02 OKTYABR
207

Yeni zavod istismara veriləcək

2018-10-02 15:10:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodu 2019-cu ilin yanvar ayından etibarən tam gücdə istimarda olacaq.

Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

O qeyd edib ki, zavodun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Onun sözlərinə görə, zavodun daha səmərəli çalışması üçün Əliağada bir neçə il öncə alınan saxlama yeri 300 mln. dollar əlavə sərmayə yatırılaraq genişləndirilib: “Bundan başqa, Antalya və Mərmərə bölgələrində də saxlama yerləri alınıb. Bu saxlama yerləri zavodda istehsal olunan məhsulların daha etibarlı tədarükü üçün vacibdir”.

Qeyd edək ki, STAR zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevvə Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

Bu ilin avqust ayında STAR zavodu üçün “Absheron” adlı tankerlə 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü çatdırılıb.Fəaliyyətə başlama ərəfəsində olan zavodda sınaq məqsədi ilə bu neftin emalı həyata keçirilir.

 Eləcə də bax:Norm Ustalar Klubu 2 yaşını qeyd edəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256