SƏNAYE

“Qazprom” “Türk axını”na daha 125 milyard rubl vəsait qoyub
02 OKTYABR
130

“Qazprom” “Türk axını”na daha 125 milyard rubl vəsait qoyub

2018-10-02 13:37:00

Rusiyanın “Qazprom” dövlət şirkəti “Aqazprom Transqaz Krasnodar” MMC vasitəsilə “Türk axını” layihəsinə daha 125 milyard rubl (təqribən, 2 milyard ABŞ dolları) vəsait qoyub.

Fins.az “İnterfax”a istinadən xəbər verir ki, “Qazprom”un verdiyi məlumata görə, müvafiq kredit “Qazprom” PSC-nin 100 faizlik törəmə müəssisəsi olan Hollandiyanın “South Stream Transport B.V” şirkəti tərəfindən verilib: “Borc verən şirkətin verdiyi vəsait borcalan tərəfindən dövriyyə vasaitlərini artırmağa yönəldilir”.

Müqaviləyə görə, hər ay əsas borc məbləğinin illik 5,59 faizi məbləğində faizlər hesablanır. Borcalan tərəf aldığı borcu 2023-cü il dekabrın 30-dək tam şəkildə qaytarmağı öhdəliyinə götürüb.

“Türk axını” Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə və Türkiyənin qonşu ölkələrlə sərhədinədək uzanacaq ixrac qaz kəməri layihəsidir. Kəmərin birinci xətti Türkiyə bazarının, ikinci kəməri də Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün nəzərdə tutulub. Hər xəttin nəql gücü ildə 15,75 milyard kubmetrdir.

 Eləcə də bax: Bu işlə məşğul olanlara ŞAD XƏBƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256