SƏNAYE

Bu işlə məşğul olanlara ŞAD XƏBƏR
28 SENTYABR
344

Bu işlə məşğul olanlara ŞAD XƏBƏR

2018-09-28 16:06:00

Kürdəmir rayonunda pambıq yığımı kampaniyası sürətlə davam edir və artıq məhsul toplanışına pambıqyığan maşınlar da cəlb olunub.

Fins.az xəbər verir ki, cari mövsümdə Kürdəmirdə 5030 hektarda “ağ qızıl” yetişdirilib və məhsulun yarıdan çoxu pambıqyığan maşınlarla toplanacaq. Ciddi hazırlıqdan sonra bir neçə gündür ki, texnika sahələrə çıxarılıb. Hazırda hər gün tarlalarda 12 pambıqyığan maşın işləyir. Bu barədə Azərtac yazıb. 

Qeyd edək ki, indiyədək rayonda 1311 ton “ağ qızıl” yığılıb. Bunun 450 tondan çoxu pambıqyığan maşınlarla toplanıb. Əksər ərazilərdə, xüsusilə Qarasu, Mollakənd, Böyük Kəngərli və bir sıra digər ərazi vahidlərində məhsul yığımında kombaynlardan daha çox istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260