SƏNAYE

Azərbaycan ilə Rusiyanın sənaye-energetika əməkdaşlığının perspektivləri müzakirə olunub
27 SENTYABR
166

Azərbaycan ilə Rusiyanın sənaye-energetika əməkdaşlığının perspektivləri müzakirə olunub

2018-09-27 12:59:00

Azərbaycan ilə Rusiyanın sənaye və energetika sahəsində ikitərəfli əməkdaşlığının perspektivləri müzakirə edilib.

Fins.az xəbər verir ki, müzakirələr sentyabrın 27-də Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunan "dəyirmi masa"da aparılıb. Bu barədə Azərtac yazıb. 

"Dəyirmi masa"da Azərbaycan və Rusiya tərəfindən dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak ediblər.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkələrimizin sənaye potensialından və bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıqdan danışıb.

Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan-Rusiya enerji əməkdaşlığından, əlaqələrin genişləndirilməsi potensialından bəhs edib. O, Azərbaycan və Rusiya arasında birgə yeni elektrik ötürücü xətləri tikintisinin mümkünlüyünü bildirib.

Nazir müavini Azərbaycan-Rusiya enerji əməkdaşlığı üzrə İşçi Qrupunun iclasının oktyabrın 5-6-da Moskvada keçiriləcəyini deyib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik isə sənaye sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışıb. O, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

"Dəyirmi masa"da müxtəlif dövlət qurumlarının və şirkətlərin nümayəndələri birgə əməkdaşlıq məsələlərini müzakirə edib, təqdimatlar keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253