SƏNAYE

Əfsanəvi 80 yaşlı azərbaycanlı pambıqçı yenə də iş başında - FOTO
26 SENTYABR
198

Əfsanəvi 80 yaşlı azərbaycanlı pambıqçı yenə də iş başında - FOTO

2018-09-26 12:21:00

Əfsanəvi pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Şamama Əliyeva bir zamanlar onu bütün SSRİ-də məşhur qəhrəmana çevirən pambıq tarlasına yenidən baş çəkib.

Fins.az-ın məlumatına görə, Şamama Əliyeva Yevlax ərazisindəki sahələrdən birində pambıq yığıb. 80 yaşı olan əmək qəhrəmanı bu gün də əməkdən, zəhmətdən geri qalmır. Qeyd edək ki, Əliyeva Şamama Tanrıverdi qızı Yevlax rayonunda anadan olub. "Çinar" fermer təsərrüfatının rəhbəri olmuş  Şamama xanım həm də "Qəhrəman ana"dır. SSRİ dövründə işlədiyi "Kommunist" kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə adına Sosialist Əməyi Qəhrəmanı layiq görülüb. Prezident təqaüdçüsüdür.

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259