SƏNAYE

AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib
26 SENTYABR
143

AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib

2018-09-26 09:36:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin (ITC) təşkilatçılığı ilə "Sərgidə iştirak: düzgün hazırlaşma, iştirak və sonradan izləmə nəticəsində daha yaxşı nailiyyətlərin əldə edilməsi" mövzusunda təlim keçirilib.

Fins.az-ın məlumatına görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 15 şirkətin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Fins.az-a bildiriblər ki, təlimdə sərgiyə düzgün hazırlaşma, sərgidən sonra qarşı tərəflə düzgün əlaqələrin qurulması və davam etdirilməsi mövzusunda təqdimatlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255