SƏNAYE

185,5 milyon manatlıq məhsul istehsal olunub
26 SENTYABR
96

185,5 milyon manatlıq məhsul istehsal olunub

2018-09-26 09:32:00

2018-ci ilin yanvar-avqust aylarında kompüter, elektron və optik məhsullar, elektrik avadanlığı istehsalı sahələrində 185,5 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 9,6 faiz azalıb, elektrik avadanlığı istehsalı isə 3,0 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, dövr ərzində əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 2,4 dəfə, elektrik paylayıcı və nəzarət cihazları hissələrinin istehsalı 2,5 dəfə artıb, məişət soyuducularının istehsalı 36,6 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260