SƏNAYE

İmişlinin verdiyi xeyir
24 SENTYABR
335

İmişlinin verdiyi xeyir

2018-09-24 12:51:00

İmişlidə plantasiyalardan 3 min 977 tondan çox çuğundur yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 829 ton çoxdur.

Fins.az-ın məlumatına görə,  bu il İmişlidə 109 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçiləri “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük veriblər və nəticədə plantasiyalarda bol məhsul yetişib.

Fermerlər havaların əlverişli keçməsindən yararlanaraq yığımı tez bir zamanda yekunlaşdırmağa çalışırlar.

Məhsul istehsalçısı Nadir Vəliyevin dediyinə görə, yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 45 sentnerə çatır ki, bu da ötən ildəkindən 15 sentner çoxdur.

Qeyd edək ki, ötən il imişlili əkinçilər çuğundur sahələrindən 6 min 104 ton məhsul yığıblar. Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256