SƏNAYE

Qeyri-OPEC ölkələrinin neft hasilatı 2023-cü ilədək çatacaq
24 SENTYABR
134

Qeyri-OPEC ölkələrinin neft hasilatı 2023-cü ilədək çatacaq

2018-09-24 12:39:00

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı 2023-cü ilədək gündəlik 66,1 milyon barrelə çatacaq.

Fins.az xəbər verir ki, bu barədə OPEC-in 2018-ci il üzrə “World Oil Outlook” hesabatında deyilir.

Hesabata görə, başda ABŞ olmaqla qeyri-OPEC ölkələrində xam neft istehsalının artması 2023-cü ilə qədər neft tələbatının azalmasına səbəb olacaq. Ötən il sutkada 51,7 milyon barrel neft hasil edən qeyri-OPEC ölkələri istehsalını 2023-cü ilədək gündəlik 66,1 milyon barrelə qədər artıracaq. Keçən il gündəlik 7,4 milyon barrel neft istehsal edən ABŞ isə 2023-cü ildə hasilatını 13,4 milyon barrelə yüksəldəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259