SƏNAYE

Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsullar satın alınıb
20 SENTYABR
247

Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsullar satın alınıb

2018-09-20 15:05:00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olub.

Fins.az xəbər verir ki, səfər çərçivəsində DATŞ nümayəndələri Cocuq Mərcanlı kəndində yaradılmış şəraitlə tanış olub, təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Burada hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulub. On beş ailənin hər birinə 10 arı ailəsi olmaqla, 150 arı ailəsi verilib.

Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1100 kiloqram melit sortundan olan xiyar məhsulu Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən satın alınıb. Alınmış məhsulların “Araz” supermarketlər şəbəkəsi vasitəsilə satışı həyata keçirilib.

Təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək məqsədilə Dövlət Aqrar Ticarət Şirkəti ilə Cocuq Mərcanlı fermerləri arasında gələcək əməkdaşlıq üçün memorandumun imzalanması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255