SƏNAYE

İrandan gətirilən 50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlanıb
20 SENTYABR
162

İrandan gətirilən 50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlanıb

2018-09-20 14:00:00

Dövlət Gömrük Komitəsi (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İrandan Azərbaycana "Gülü-80" MMC tərəfindən 30 E401-10 /30 E402-10 və 84B969-10/84B970-10 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri ilə gətirilən hər birində ümumi çəkisi 24700 kq olan kartof məhsuluna "Biləsuvar" gömrük postunda risklərin təhlili əsasında ilkin baxış keçirilib və məhsulda potensial təhlükə törədə bilən kartof güvəsinin olması şübhəsi yaranıb.

Fins.az DGK-ya istinadən xəbər verir ki, bununla əlaqədar "Biləsuvar" gömrük postuna dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəsisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi "Phthorimaea operculella Zell" izləri aşkar edilib. Aşkar olunan zərervericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapıb.

Yuxarıda göstərilənlərlə əlaqədar Gömrük Məcəlləsinin 14-cü fəslinin və "Fitosanitar nəzarət haqqında" qanunun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizimlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün "Biləsuvar" gömrük postunda saxlanılıb və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259