SƏNAYE

“Babək” strukturunda ilk quyu 2020-ci ildə qazılacaq
19 SENTYABR
225

“Babək” strukturunda ilk quyu 2020-ci ildə qazılacaq

2018-09-19 17:47:00

Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək” perspektiv strukturunda ilk quyunun 2020-ci ildə qazılması nəzərdə tutulur.

Fins.az-ın məlumatına görə, bunu "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

O qeyd edib ki, "Babək" perspektiv strukturunda qazılacaq axtarış quyusunun yeri artıq müəyyənləşdirilib.

Qeyd edək ki, “Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

R.Abdullayev çıxışında digər strukturlardan da danışaraq bildirib ki, “Şəfəq-Asiman” strukturunda aparılan seysmik kəşfiyyat işləri artıq başa çatdırılıb. Onun sözlərinə görə, nəticələr strukturda qaz yığımına malik böyük bir yatağın olmasını ehtimal etməyə imkan verir. SOCAR-ın prezidenti gələn ilin ikinci yarısında “Şəfəq-Asiman” perspektivli strukturunda ilk kəşfiyyat quyusunun qazılmasının planlaşdırıldığını da bildirib.

O həmçinin əlavə edib ki, daha sonrakı mərhələdə “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında da kəşfiyyat işləri aparılacaq: “Bundan başqa, “Babək”, “Şəfəq-Asiman”, “Aypara” kimi perspektivli sahələrdə axtarış qazmasına, “Qarabağ”, “Bulla”, “Ümid”, “Şahdəniz” (alt laylar), “Şahdəniz”in şimal-şərq hissəsi, “Əşrəfi” və "Azəri-Çıraq-Günəşli" (alt laylar) kimi yataqlar kəşfiyyat qazması üçün hazırlanıb. Yeni sahələrlə yanaşı,“Günəşli”, “Bulla-dəniz” və “Ümid” yataqlarında da kəşfiyyat qazması davam etdirilir”. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259