SƏNAYE

Bu il Ağstafada 15 min hektar sahədə payız şumu qaldırılacaq
17 SENTYABR
126

Bu il Ağstafada 15 min hektar sahədə payız şumu qaldırılacaq

2018-09-17 09:27:00

Ağstafa rayonundakı sahələrdə payız şumunun qaldırılmasına başlanılıb.

Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, bu il rayonda 15 min hektar sahədə şumun qaldırılması proqnozlaşdırılır.

Qeyd edilib ki, bu, ötən illə müqayisədə 3 min hektar çoxdur. Bu vaxta qədər təsərrüfat sahibləri tərəfindən 3 min 500 hektara sahədə şum qaldırılıb. Hazırda rayonda yerləşən “Aqroliznq” ASC-nin texnikaları fermerlərə yaxından komək göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256