SƏNAYE

Sement idxalı 65% artıb
14 SENTYABR
281

Sement idxalı 65% artıb

2018-09-14 17:06:00

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 7 mln. 866,45 min ABŞ dolları dəyərində 33 112,78 ton sement idxal edib.

Bu barədə “Finans.az” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 8 ilə müqayisədə 13 020,95 ton və ya 64,81% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 3 mln. 557,61 min dollar və ya 82,56% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 4 mln. 308,84 min dollar dəyərində 20 091,83 ton sement idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-avqust aylarında sement idxalı Azərbaycanın ümumi idxalının 0,11%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258