SƏNAYE

Dövlət Aqrar Ticarət Şirkətinin təqdimatı keçirilib
14 SENTYABR
108

Dövlət Aqrar Ticarət Şirkətinin təqdimatı keçirilib

2018-09-14 12:32:00

Sentyabrn 4-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın  və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar klubunun növbəti iclası keçirilib. İqtisadiyyyatın  müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın şirkət nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirib. İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb. Azərbaycan məhsullarının ixracı , “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı görülən işləri diqqətə çatdırıb. 

Müəllif: Tuncay Türbəndzadə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255