SƏNAYE

Dövlət Aqrar Ticarət Şirkəti gələn ay Bakıda ilk mağazasını açacaq
14 SENTYABR
125

Dövlət Aqrar Ticarət Şirkəti gələn ay Bakıda ilk mağazasını açacaq

2018-09-14 12:24:00

 İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İxracatçılar Klubunun iclası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyiyanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin təqdimatı keçirilib.

Fins.az Report-a istinadən xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bu kimi tədbirlərin daha sıx keçiriləcəyini bildirib.

O, klubun üzvlərinin problemlərinin həll edildiyini bildirib: "Son dövrlərdə qeyri-neft ixracı artır. Tədbirlər, atılan addımlar praktiki nəticəsini verir".

Y.Abdullayev "Dövlət Aqrar Ticarət Şirkəti" barədə məlumat verib. O, İxracatçıların xarici bazarlarda ixracın genişləndirilməsinə hansı səpkidə dəstək verilməsi məsələsinə toxunub.

Daha sonra şirkətin rəhbəri Leyla Məmmədova şirkət barədə təqdimat edib. O, rəhbərlik etdiyi kommersiya qurumunun missiyasının fermerlərin məhsullarının ölkə daxilində və xaricində satışını həyata keçirmək olduğunu diqqətə çatdırıb: "Fermerlərin ciddi şəkildə dəstəyə ehtiyacları var. Bizə müraciət edən fermerlərə dəstək göstərməyə hazırlaşırıq. Bütün fermerlərə lazımi köməyi göstərməyə çalışırıq. Yeni yarandığımız üçün hazırda ölkə daxilinə köklənmişik. Həmçinin, xarici bazarlarda da axtarışdayıq. 110 növ məhsul üzrə satış həyata keçirilib. 150- dən çox fermerlərlə görüşmüşük. 200 -dən çox müraciət daxil olub. Hazırda istehsal sahələrini araşdırırıq. Bir çox fermerlərin məhsulları iri və orta alıcılara çatdırmaq imkanları yoxdur. Yeni markamızı da formalaşdırmışıq. Bu markanın adı "Kənddən - şəhərə"dir".

O, həmçinin bu ilin oktyabrında Bakıda ilk mağazalarının açılacağını da bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253