SƏNAYE

Yeni layihələr hazırlanır - FERMERLƏRİN DİQQƏTİNƏ
14 SENTYABR
188

Yeni layihələr hazırlanır - FERMERLƏRİN DİQQƏTİNƏ

2018-09-14 12:11:00

Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Azərbaycan Dövlət Aqrar Şirkətinin təqdimatı olub.

Fins.az -ın məlumatına görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda keçirilən Azərbaycan İxracatçılar Klubunun növbəti görüşü zamanı çıxış edən Azərbaycan Dövlət Aqrar Şirkətinin rəhbəri Leyla Məmmədova bildirib ki, şirkət 3 aya yaxındır fəaliyyət göstərir.

O bildirib ki, bu gün fermerlərin ciddi şəkildə dəstəyə ehtiyacları var: “Məqsədimiz fermerlərin istehsal etdikləri məhsullarının satışını təşkil etmək, onların istehsal etdikləri məhsulların saxlanılması üçün anbarların yaradılması və məhsulların satışa çıxarılması istiqamətində sahəsində kömək etməkdir. Biz potensialımız və malik olduğumuz imkanlar vasitəsilə onlara kömək etməyə çalışırıq”.

O qeyd edib ki, artıq bu müddət ərzində 150-dən artıq fermerlə görüşlər keçirilib: “Bizə müraciət edən fermerlərin istehsal sahələri araşdırılır və potensial alıcılar arasında körpü rolu oynamağa çalışırıq. Bu gün ölkədə iri emal müəssisələri və market şəbəkələri var ki, onların da bu fermerlərin məhsullarına ehtiyacları var. Biz bu şəbəkələrlə bu əlaqələri qurmağa və onlara bu məhsulları çatdırmağa çalışırıq”.

O vurğulayıb ki, artıq 110 növ üzrə məhsul satışı həyata keçirilir: “Azərbaycan Dövlət Aqrar Şirkəti fermerlərlə fyeçers müqavilələri arasında əməkdaşlıq edir. Həmçinin, gələcəkdə fermerlərin məhsulların qablaşdırılmasına da köməklik ediləcək”.

L. Məmmədova qeyd edib ki, ilin sonuna qədər qədər “Kənddən şəhərə” adı altında mağazalar açılacaq və fəaliyyətə başlayacaq: “İlk olaraq şirkət yerli bazara diqqət edəcək. Bu mağazalarda da yerli fermerlərin istehsal etdikləri məhsullar satılır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258