SƏNAYE

Bizim çəpişlə avropalı çəpişin fərqi
13 SENTYABR
1375

Bizim çəpişlə avropalı çəpişin fərqi

2018-09-13 14:52:00

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Nəsirli yerli çəpiş ilə avropadan gətrilimiş çəpişin fərqindən danışıb. Fins.az həmin fərqi təqdim edir: 

Bizim çəpiş

- hər gün isti çöllərdə gəzib, quru otla qarnını doyuzdurmağa çalışır;
- heç kim ona qüvvəli yem vermir, dağ-dərə gəzməkdən taqətdən düşür; 
- hər an kəsilmək, “buğlama”ya çevrilmək qorxusu ilə yaşayır;
- ətindən başqa heç nəyi- xəstəliyi, gecələdiyi tövlə şəraiti heç kimi maraqlandırmır;
- baytar ona peyvənd vurmur ki, “ əşşi keçidi də, heç nə olmaz”;
- çomaqdan başqa sevgi görmədiyi üçün qucağa gəlmir, gərək dalına düşüb qaranəfəs olasan.

Avropadan gətirilmiş çəpiş
- yayda sərin, qışda isti müasir tövlələrdə yaşayır;
- qarnını doyurmaq dərdi yoxdur, hər gün qabağına qüvvəli yem qoyulur;
- qəssaba göndərməyi heç kim düşünmür, deyirlər ki, “ cinsdi ee! heç kəsmək olar?”;
- vaxtlı- vaxtında dərmanı verilir, peyvəndi vurulur;
- yalnız sevgi gördüyü üçün qucağa rahat gəlir, foto çəkdirməyə “etiraz etmir”.

Sonrada deyirik ki, bizim keçilərin cins tərkibi itib, gəlir qazanmaq olmur, xaricdən gətirmək lazımdır. Heyvana heyvan kimi yox, insan kimi münasibət göstərmək lazımdır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258