SƏNAYE

“Bizdə heç vaxt arıçılıq məktəbi olmayıb”
13 SENTYABR
191

“Bizdə heç vaxt arıçılıq məktəbi olmayıb”

2018-09-13 10:43:00

“Qinyətoğulları” arıçılıq təsərrüfatının rəhbəri Lətif Lətifov kənd təsərrüfatı naziri İnam Kərimova məktub ünvanlayıb.

Fins.az-ın məlumatına görə, arıçılığın inkişaf etdiyini, lakin bir sıra ciddi problemlərin olduğunu yazan  fermer məktubunda yazır:” Bizdə heç vaxt arıçılıq məktəbi olmayıb və indi də yoxdur. Yerli və xarici QHT-lər müxtəlif vaxtlarda müvəqqəti arıçılıq kursları, dərnəkləri yaradıblar və ya yaratmağa təşəbbüs ediblər. Ölkədə arıçılığın keyfiyyətcə inkişafı üçün təhsil məsələsinin köklü şəkildə həll edilməsi olduqca vacibdir. 

İkinci, bal məhsulları üzrə standartlarının yenilənməsinə ehtiyac var. 2016-cı ilə qədər Rusiya Elmi-Tədqiqat Arıçılıq institutunun işləyib hazırladığı standartlar qüvvədə idi. Müasir dövrdə standartların dəyişdirilməsi zəruridir.  Rusiyada və digər MDB ölkələrində hazırda qüvvədə olan standartlar    tələblərə cavab verir və bizim ölkədə də qəbul edilməsi məqbuldur”.
Xatırladaq ki, Lətif Lətifov 1990-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakultəsini bitirib, 1995-ci ilə qədər AMEA-nın Elmi-Tədqiqat Neft–Kimya Prosesləri İnstitutunda çalışıb. Həmin ildən indiyə qədər arıçılıqla məşğul olur. Şəkinin Baş Küngüt kəndində yerləşən təsərrüfat məhsullarını “  Qinyətoğulları” əmtəə nişanı altında satışa çıxarır. Aqrobiznes

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258