SƏNAYE

Azərbaycanın elektrik enerjisi ixracı 1,5 dəfə çoxalıb
12 SENTYABR
215

Azərbaycanın elektrik enerjisi ixracı 1,5 dəfə çoxalıb

2018-09-12 17:04:00

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 1 milyard 264 milyon 401 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Fins.az-a bildirilib ki, səkkiz ayda ixrac olunan elektrik enerjisinin dəyəri 59 milyon 586 min ABŞ dolları təşkil edib.

Keçən ilin müvafiq dövründə isə ölkədən 812 milyon 338 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri 36 milyon 232 min dollar olub.

Beləliklə də, bu ilin ilk səkkiz ayında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfədən çox artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257