SƏNAYE

“Şahdəniz-2” üzrə “Bravo” platformasındakı 4 quyudan hasilata başlanılıb
11 SENTYABR
82

“Şahdəniz-2” üzrə “Bravo” platformasındakı 4 quyudan hasilata başlanılıb

2018-09-11 13:17:00

“Şahdəniz-2” yatağı üzrə “Bravo” platformasındakı 4 quyudan hasilata başlanılıb.

Fins.az-ın məlumatına görə, bu barədə jurnalistlərə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib. “Həmin quyulardan hasilatın sabitləşməsi üçün müəyyən vaxt lazımdır. Çünki hazırda quyulardan təbii qaz və kondensatla yanaşı, qum və çınqıl da çıxır”, - deyə Qəri Counz əlavə edib.

O bildirib ki, yataqdakı “Alfa” platforması üzrə bir neçə quyunun da işə salınmasına hazırlıq görülür.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255