SƏNAYE

Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb
30 AVQUST
103

Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb

2018-08-30 16:05:00

Cari ilin yanvar-iyul aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb.

Bakı Şəhər Statistika İdarəsindən Fins.az-a bildirilib ki, paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yeddi ay ərzində 346,7 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artım müşahidə olunub. Hesabat dövründə sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalaraq 128,3 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253