SƏNAYE

Pambıq yığımı başlayır - mütəxəssislər pambıqçılara nə tövsiyə edir?
28 AVQUST
245

Pambıq yığımı başlayır - mütəxəssislər pambıqçılara nə tövsiyə edir?

2018-08-28 15:16:00

Salyan rayon Dövlət Sort-Sınaq Məntəqəsinin 15 hektar sahəsində pambıq əkilib və hazirda 1 hektar sahədə 19 sort sınaqdan keçirilir.

Fins.az-ın məlumatına görə, məntəqənin rəhbəri Balaeyvaz Hüseynovun sözlərinə görə, sınaqdan keçirilən sortlardan 16 sort Azərbaycan Elmi-Tədqiqat Pambiqçılıq İnstitutunun sortlarıdır, digər 3 sort isə Türkiyədən gətirilib.

Məntəqə rəhbəri artıq yaxın günlərdə ölkədə pambıq yığımının başlayacağını deyib: “Fermerlərə məsləhət görmək istərdim ki, onlar pambığı 2 dəfə sulayıblarsa, sonuncu suvarma işlərini də aparsınlar. Hər bir pambıq qozasının yetişkənliyi və çəkisinin artırılması üçün mütləq sonuncu suvarma həyata keçirilməli, sahə alaq otlarından təmizlənməli, həmçinin pambıq kollarıının ucları vurulmalıdır”.

Balaeyvaz Hüseynov pambıq yığımı ərəfəsində sahədə görülməli olan hazırlıq işləri barədə də tövsiyələrini verib. “Fermer öz məhsulunu  kombaynla yığmağı planlaşdırırsa, gərək əvvəlcədən sahəsində hazirliq işləri aparsın. Əvvəlcə  sahəyə baxış keçirilməlidir. Əgər pambıq qozalarının  50-60 faizi açılıbsa, onda  kollar defilyasiya olunmalıdır. Yarpaqlar tam töküldükdən sonra yığıma başlamaq olar. Pambıq sahəsi kombaynla yığıma hazırlanmayıbsa, onda fermer istehsal etdiyi pambığı əllə toplamalıdır. Əllə yığılan pambıq sahəsinin defilyasiya olunması məqsədəuyğun sayılmır”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259