SƏNAYE

Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satış yarmarkasına 60 tona yaxın məhsul çıxarılıb
28 AVQUST
187

Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satış yarmarkasına 60 tona yaxın məhsul çıxarılıb

2018-08-28 14:20:00

Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti satış yarmarkasında 300-dən çox məhsul istehsalçısı satışa 60 tona yaxın mövsümi kənd təsərrüfatı məhsulu çıxarıb. Yarmarkada muxtar respublikanın 19 istehsal müəssisəsi tərəfindən 94 adda, 163 çeşiddə məhsul da təklif edilib.

Fins.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşının torpaq mülkiyyətçiləri, Naxçıvan şəhər sakinləri ilə söhbəti zamanı onlar yarmarkanın təşkilindən razılıqlarını bildiriblər. Alıcı Sevinc Heydərova deyib ki, məhsul bolluğu qiymətlərin aşağı düşməsi ilə nəticələnib. Müsahibimiz belə yarmarkaların müntəzəm olaraq təşkil edilməsini arzuladığını bildirib.

Yarmarkaya Ordubad rayonundan tərəvəz məhsulları gətirmiş Eldar Əliyev burada torpaq mülkiyyətçiləri üçün əlverişli şəraitin yaradıldığını qeyd edib. Deyib ki, meyvə-tərəvəz məhsullarına yarmarkada maraq böyükdür və çəkilən zəhmət hədər getmir.

Kəngərli rayonundan yarmarkaya gələn Kənan Süleymanov isə bildirib ki, bu il təsərrüfatında meyvə daha bol olub. Yarmarkaya gətirdiyi məhsulun çoxunu artıq satıb və yaxşı qazanc əldə edib. O, belə satış yarmarkalarının təşkilini torpaq mülkiyyətçilərinə böyük qayğı kimi dəyərləndirib.

Qeyd edək ki, belə yarmarkaların keçirilməsində məqsəd zəhmət adamlarının yetişdirdikləri məhsulların bazara çıxarılmasına dəstək vermək, süni qiymət artımının qarşısını almaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253