SƏNAYE

İsmayıllıda 3 min tondan çox üzüm istehsalı proqnozlaşdırılır
27 AVQUST
137

İsmayıllıda 3 min tondan çox üzüm istehsalı proqnozlaşdırılır

2018-08-27 17:35:00

İsmayıllıda süfrə üzümü yığılır və artıq 400 tona yaxın məhsul toplanıb.

Fins.az-ın məlumatına görə, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrası nəticəsində İsmayıllıda plantasiyaların sahəsi 1071,3 hektara çatdırılıb. Son illərdə sahibkarlar süfrə üzüm sortuna daha çox üstünlük verirlər. Tez yetişən “Prima” sortunun iyul ayının 20-dən etibarən yığımına başlanılıb. Hazırda “Azpiland” və “Kənd” MMC-lərə məxsus plantasiyalarda “Kardinal”, “Sultanino”, “İtaliya” süfrə sortları yığılır. Yığılan süfrə üzümü respublikamızın bazarlarına çıxarılır.

Qeyd edək ki, ötən il rayon üzrə 2519,7 ton üzüm toplanmışdı. Cari ildə isə məhsul istehsalının 3000 tondan çox olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249