SƏNAYE

Azərbaycanda inəyi kreditə necə götürmək olar? - Nazirlikdən açıqlama
27 AVQUST
2771

Azərbaycanda inəyi kreditə necə götürmək olar? - Nazirlikdən açıqlama

2018-08-27 16:06:00

Azərbaycanda kreditə inəyi necə almaq olar?

Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkədə istifadəçilərdən birinin verdiyi sualı cavablandırıb. 

"Damazlıq iri buynuzlu heyvanları lizinq yolu ilə əldə etmək üçün sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini ilkin ödəniş etməli, qalan 50 faiz məbləği isə rüblər üzrə 3 il müddətinə Cəmiyyətin hesabına ödəməlidir. Gətirilən damazlıq heyvanlar 3-5 aylıq boğaz düyələrdir.

Sahibkar ilkin ödəniş edib həmin heyvanları alandan 4-6 ay sonra bala verir. Həmin heyvanlar 3 il müddətinə sığorta olunur. Yaxşı yemləmə və bəsləmə şəraitində Holştein-friz cinsli damazlıq heyvanlar sutkada 20-25 kq süd verir. Eləcə də Avropa ölkələrindən Ətlik-südlük istiqamətli Simmental cinsli damazlıq heyvanlar gətirilərək sahibkarlara lizinq yolu ilə verilir. Damazlıq iri buynuzlu heyvanları lizinq yolu ilə əldə etmək üçün hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini ilkin ödəniş etməli, qalan 50 faiz məbləği isə rüblər üzrə 3 il müddətinə Cəmiyyətin hesabına ödəməlidir. Gətirilən damazlıq heyvanlar 3-5 aylıq boğaz düyələrdir. Sahibkar ilkin ödəniş edib həmin heyvanları alandan 4-6 ay sonra bala verir. Həmin heyvanlar 3 il müddətinə sığorta olunur. Yaxşı yemləmə və bəsləmə şəraitində Simmental cinsli damazlıq heyvanlar sutkada 1,5 kq çəki artımı və 15-20 kq süd verir. Əlavə məlumat almaq üçün sahibkarın “Aqrolizinq” ASC-yə müraciət etməyi tövsiyyə olunur (tel: 012 425-48-65)".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253