SƏNAYE

Azərbaycanda Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
21 AVQUST
551

Azərbaycanda Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb

2018-08-21 17:40:00

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Bakıda və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, yarmarkalar Bakının 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilir. 

Qurumun müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir. 

Bundan başqa, Nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstandan satış məqsədilə 20 min baş heyvan gətirməyi planlaşdırır. Bazarda bolluğu təmin etmək və qiymətləri sabit saxlamaq məqsədilə nazirliyin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır.

Dövlət Baytarlıq Xidməti artıq yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiyasını başa çatdırıb. Yarmarkalar avqustun 23-ü, axşam saatlarına qədər davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258