SƏNAYE

Azərbaycanda dərmandan zəhərlənən yüz başdan çox iribuynuzlu heyvan tələf olub
21 AVQUST
986

Azərbaycanda dərmandan zəhərlənən yüz başdan çox iribuynuzlu heyvan tələf olub

2018-08-21 16:57:00

Astara rayonunda yüz başdan çox iribuynuzlu heyvan tələf olub.

Fins.az-ın məlumatına görə, hadisə avqustun 20-də rayonun Ərçivan qəsəbəsindəki şəxsi təsərrüfatlardan birində qeydə alınıb.

Təsərrüfat sahibi olan Şaban Məmmədov bildirib ki, Astara rayonundakı baytarlıq aptekindən gənə əleyhinə dərman preparatı alıb və təlimata uyğun şəkildə hazırlayaraq istifadə edib: "Heyvanları dərmanladıqdan bir müddət sonra təsərrüfatda olan yüz başdan çox iribuynuzlu heyvan bir-bir tələf olmağa başlayıb". O, dərmanın keyfiyyətində problem olduğunu, heyvanlarının bu səbəbdən tələf olduğunu və ona yüz min manat ziyan dəydiyini iddia edir.

Astara rayon Baytarlıq idarəsindən isə "Report"un yerli bürosuna iddiaların əsassız olduğu bildirilib: "Şaban Məmmədov dərmanı dozadan artıq istifadə edib".

Qeyd edək ki, tələf olan heyvanlardan analiz nümunələri götürülüb. Yekun rəy ekspertizadan sonra məlum olacaq.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253