SƏNAYE

Azərbaycanda pambıqyığan kombaynları idarə edəcək 160 mexanizatora sertifikat təqdim olunub
21 AVQUST
113

Azərbaycanda pambıqyığan kombaynları idarə edəcək 160 mexanizatora sertifikat təqdim olunub

2018-08-21 11:22:00

 Kənd Təsərrüfatı Nazirliyiyanında “Aqrolizinq”ASC-nin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlimlər başa çatıb. 

Bu barədə Fins.az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, iyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlər bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə keçirilib.

Təlimlərin yekununda kursları müvəffəqiyyətlə bitirmiş 160 mexanizatora sertifikat təqdim olunub. Kursu bitirə bilməyən mexanizatorlar bu il pambıq yığımı prosesində iştirak edə bilməyəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256