SƏNAYE

Barama istehsalında son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb
20 AVQUST
262

Barama istehsalında son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb

2018-08-20 14:48:00

Azərbaycanda cari ilin ilk yeddi ayında 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 280,8 min ton olub. Həmçinin süd istehsalı 1,2 faiz artaraq 1 milyon 199,4 min ton, yumurta istehsalı 0,7 faiz artaraq 1 milyard 22,4 milyon ədəd, yun istehsalı isə 1,4 faiz azalaraq 14,7 min ton təşkil edib.

Hesabat dövründə ötən ilin yeddi ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,5 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258