SƏNAYE

Fermer: "İndiyə kimi pomidor becərməkdən ziyana düşən adam görməmişəm"
17 AVQUST
650

Fermer: "İndiyə kimi pomidor becərməkdən ziyana düşən adam görməmişəm"

2018-08-17 14:04:00

 “Bizim təsərrüfatımız əsasən pomidor istehsalı üzrə ixtisaslaşıb. Texnika və gübrəyə olan tələbatımızı “Aqrolizinq”in yerli nümayəndəliyinin dəstəyi hesabına ödəyirik.

Fins.az-ın məlumatına görə, bu il yüksək məhsul əldə etmişik və pomidorunuzu artıq bazara çıxarırıq. Qiymətlər də bizi qane edir”. Bu fikirlərin müəllifi Xaçmaz rayonunun Hülövlü kəndində yerləşən fermer təsərrüfatının rəhbəri Cavanşir Paşayevdir.

Fermer kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyindən məmnundur: “Dövlət bizi texnika, gübrə və toxumlarla təmin edir, fermerlərə bütün güzəştlər tətbiq olunur.  Hazırda texnika boldur, gübrələr də çox aşağı qiymətlərlə fermerlərə təqdim olunur. İndiyə kimi pomidor becərilməsindən zərərə düşən fermer görməmişəm. Özüm 5 hektar sahədə pomidor əkmişəm. Hazırda məhsulu bazara çıxarıram. Təxmini hesablama aparaq. Əgər bir yeşik pomidoru 5 manata satıramsa, 100 yeşikdən 500 manat vəsait əldə edirəm. Bir gündə kim 500 manat qazana bilər? Deməli bizim üçün pomidor istehsalı sərfəli sahədir”.

Cavanşir Paşayev pomidorun xeyirli tərəvəz olduğunu deyir: “Pomidorun ziyanı barədə danışmağa belə dəyməz. O, süfrələrimizin yaraşığıdır, xeyirli tərəvəzdir. Heç bir xörəyi pomidorsuz yemək mümkün deyil. Məsələn, Xaçmaz pomidorundan çox dadlı salat olur, adamın iştahasını artırır. Quba rayonu öz ağ alması, Xaçmaz isə pomidoru ilə məşhurdur. Harada  gedib pomidorun dadına baxsanız, Xaçmazin pomidorunun tamını verməyəcək. Bu neməti bizim torpaqlarımız yetişdirir. Qızıl kimi torpaqlarımız var”.

Qeyd edək ki, Xaçmaz rayonu tərəvəzçilik üzrə ixtisaslaşmış bölgələrdəndir. Hazırda bölgədəki təsərrüfatlarda pomidor yığımı davam edir. Toplanan məhsul paytaxt bazarlarına, emal müəssisələrinə göndərilir və Rusiya ixrac olunur.

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256