SƏNAYE

Azərbaycanda metanol istehsalı azalıb
16 AVQUST
145

Azərbaycanda metanol istehsalı azalıb

2018-08-16 12:52:00

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 37,6 min ton propilen (ondan 31,1 min ton əmtəəlik), 66,8 min ton polietilen, 68,8 min ton etilen, 7 milyon 256,4 min ton izopropil spirti və 70,1 min ton metanol (metil spirti) istehsal edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu il avqustun 1-nə 7,6 min ton propilen, 1,3 min ton polietilen, 2 milyon 148,4 min ton izopropil spirti və 1,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Yeddi ayda əsas kimya məhsullarından izopropil spirti istehsalı 21,2 faiz, metanol istehsalı 49,1 faiz azalıb. Propilen istehsalı 16,2 faiz, etilen istehsalı isə 7,9 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249