SƏNAYE

Bu ilin I yarısında Azərbaycanda 620,3 min ton avtomobil benzini və 712,4 min ton dizel yanacağı istehlak edilib
16 AVQUST
168

Bu ilin I yarısında Azərbaycanda 620,3 min ton avtomobil benzini və 712,4 min ton dizel yanacağı istehlak edilib

2018-08-16 12:01:00

Bu ilin I yarısında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çox - 620,3 min ton avtomobil benzini, illik müqayisədə 18,9% çox - 712,4 min ton dizel yanacağı istehlak edilib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, son 1 ildə neft-kimya sənayesi üçün istifadə olunan benzinin istehlakı 14,8% artaraq 116,4 min ton, aviasiya üçün və sair ağ neftin istehlakı 4,7% artaraq 165,3 min ton, neft bitumunun istehlakı 58,4% artaraq 119,9 min ton, maye qazın istehlakı 42% artaraq 100,2 min ton, sürtkü yağlarının istehlakı isə 98,5% və yaxud təxminən 2 dəfə artaraq 43,3 min ton təşkil edib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258