SƏNAYE

Tərtərdə 184 hektar sahədə təkrar əkin aparılıb
09 AVQUST
85

Tərtərdə 184 hektar sahədə təkrar əkin aparılıb

2018-08-09 13:59:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, bu günədək 44 min 659,1 ton dənli və dənli paxlalı bitkilər, o cümlədən 30 min 984,4 ton buğda, 13 min 190,8 ton arpa, 410,7 ton dən üçün qarğıdalı, 5,5 ton darı, 17,5 ton lobya, 50,2 ton noxud, 5463,6 ton kartof, 9825 ton müxtəlif növ tərəvəz, 2249,5 ton meyvə və giləmeyvə istehsal olunub.

2017-ci ilin müvafiq dövrünə nisbətən hər hektardan orta məhsuldarlıq dənli və dənli paxlalı bitkilər üzrə 2 sentner, buğda üzrə 2,8 sentner, arpa üzrə 1,5 sentner, dən üçün qarğıdalı üzrə 4,5 sentner, kartof üzrə 2,5 sentner artıb.

Məhsul yığımı başa çatmış sahələrdə cari ilin məhsulu üçün 184,5 hektar sahədə təkrar əkin aparılıb, payızlıq əkinlər üçün 915 hektar sahə şumlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251